...

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib

Hadisə Materials 25 Sentyabr 2025 11:19 (UTC +04:00)
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib.

Trend xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Belə ki, rayon sakini Ə.Hökümalıyev idarə etdiyi “VAZ” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Hökümalıyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti