Bakı. Trend:
Azərbaycan ənənəvi neft-qaz sektorundan bərpa oluna bilən enerjidən istifadəyə sürətli keçid nümayiş etdirir.
Trend xəbər verir ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
"Ölkə artıq günəş və külək elektrik stansiyalarını istismara verib və perspektivdə “yaşıl” enerjini Avropaya ixrac etməyi planlaşdırır. Azərbaycan hökumətinin bərpa olunan enerji sahəsinə fundamental dönüş həyata keçirməsini və ölkənin gələcəyi ilə bağlı yeni baxış formalaşdırmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan tədricən milli iqtisadiyyatın 80%-dən çoxunu təşkil edən ənənəvi neft-qaz sektorundan uzaqlaşır və digər resurslara – quru və dəniz külək enerjisinə, eləcə də günəş fotoenergetikasına diqqət yetirir", - deyə o bildirib.
F. Kitt qeyd edib ki, bu istiqamətlərdə artıq sürətli dəyişikliklər baş verir. Ölkədə günəş elektrik stansiyaları fəaliyyət göstərir, enerjilər şəbəkəsinə külək stansiyası qoşulub, hökumət isə strategiyanı genişləndirərək ənənəvi ixrac enerji resurslarının tədricən bərpa olunan enerji ilə əvəz olunması imkanını nəzərdən keçirir.