Bakı. Trend:
Tehrana qarşı sanksiyaların mümkün bərpası fonunda Vaşinqton İranla dialoqu davam etdirir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib.
"İrana gəlincə, biz onlarla danışıqlar aparırıq. Biz hamı ilə danışıqlar aparırıq, və bunu etməliyik. Bizim işimiz budur - məsələləri diplomatik yolla həll etmək", - deyə o, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası ilə paralel keçirilən "Konkordia" sammitində deyib.
Uitkoff əlavə edib ki, ABŞ “davamlı həll yolu tapmaq və sanksiyaların bərpası məsələsində razılığa gəlmək istəyir və bunu edə bilməsək, sanksiyalar lazım olduğu kimi olacaq”.