Bakı. Trend:
Nizami rayonunda avtomobil körpünün üzərində beton maneəyə çırpılıb.
Trend-in məlumatına görə, hadisə sentyabrın 24-ü saat 08:03 radələrində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Məmməd Məmmədli idarə etdiyi “Chevrolet aveo” markalı avtomobillə Babək prospektində yerləşən körpünün üzərində hərəkətdə olarkən yol ayrıcında beton maneəyə çırpılaraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində ölüb.
Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.