...

Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 25 Sentyabr 2025 08:56 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən bildirib.

Məlumata əsasən, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. D.Trampın 31 oktyabr - 1 noyabr tarixlərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti