Bakı. Trend:
Dünyada elektrik stansiyaları, suyun duzdan təmizlənməsi qurğuları və “yaşıl” hidrogen layihələrinin əsas tərtibatçılarından və operatorlarından biri olaraq, “ACWA Power “ beynəlxalq şirkəti Azərbaycandakı fəaliyyətini aktiv şəkildə genişləndirir.
Trend xəbər verir ki, bunu ACWA Power-in biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova Bakıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
O qeyd edib ki, müxtəlif ölkələrdə bərpa olunan enerji sahəsinin inkişafı qanunvericilik səviyyəsinin yetkinliyindən asılıdır – şirkət həm yaxşı tənzimlənmiş normativ bazaya malik bazarlarda fəaliyyət göstərir, həm də hələ formalaşmaqda olan bazarlarda. Şirkət nümayəndəsinin sözlərinə görə, bu eyni zamanda həm çağırış, həm də fürsətdir, və enerji toplama sistemləri üçün yeni hüquqi bazanın yaradılması əsas amilə çevrilir.
P. Lyubomirova vurğulayıb ki, enerji saxlama ilə bağlı həllərin olmaması bərpa olunan enerji mənbələrinin inkişafı üçün “dar boğaz”a çevrilə bilər.
“Eyni zamanda, aydın qanunvericilik bazasının mövcudluğu layihələrin həyata keçirilməsini sürətləndirir, lakin onun olmaması şirkət üçün əngəl yaratmır. “ACWA Power” xüsusilə dövlət strukturları ilə tərəfdaşlığa diqqət yetirir. Şirkətin baş ofisinin yerləşdiyi Səudiyyə Ərəbistanı “hökumət–hökmət” səviyyəsində birbaşa əməkdaşlığın tərəfdarıdır.
Onun sözlərinə görə, bu təcrübədən Azərbaycan və Mərkəzi Asiya ölkələrində fəaliyyət şəkildə istifadə olunur.
“Şirkət həmçinin yerli oyunçularla əməkdaşlığı inkişaf etdirir. Layihələrimiz yalnız “ACWA Power”-in portfelinin genişləndirilməsinə deyil, həm də fəaliyyət göstərdiyimiz ölkələrin dəstəklənməsinə yönəlib. Azərbaycan bu yanaşmanın bariz nümunəsidir”, - deyə o bildirib.
