Bakı. Trend:
Ötən il Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyıb.
Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADA Universitetində Birinci Azərbaycan- Britaniya Siyasi Dialoqunun gedişində bildirib.
Diplomat keçən il baş tutmuş, Britaniya baş naziri Kir Starmerin Azərbaycana ilk tarixi səfərinin əhəmiyyətini vurğulayıb.
“Biz səfirlikdə tarixdə ilk dəfə müdafiə məsələləri üzrə rezident attaşe vəzifəsini təsis etdik. Mən Energetika naziri Pərviz Şahbazov və Azərbaycanın ən böyük nümayəndə heyəti ilə birlikdə Hökumətlərarası Komissiyamızın iclasında iştirak etdim. Həmçinin Londonda keçirilmiş Dünya Təhsil Forumunda Elm və Təhsil naziri Emin Əmrullaev ilə görüşdüm”, – deyə o bildirib.
F.Auldun sözlərinə görə, “UK Export Finance” dəstəyi ilə Azərbaycanda ilk müqavilənin bağlanması da mühüm hadisə olub – söhbət “Silk Way Airlines” şirkəti üçün aviasiya simulyatorlarının tədarükündən gedir.
“Qürur duya biləcəyimiz bir çox nailiyyətlərimiz var. Amma mən yeni üfüqlər və imkanlar axtarmağa davam edirəm ki, onları birlikdə həyata keçirə bilək”,- deyə diplomat vurğulayıb.