...

Paytaxtda daha bir yerüstü metro stansiyası tikiləcək

Cəmiyyət Materials 25 Sentyabr 2025 12:37 (UTC +04:00)
Paytaxtda daha bir yerüstü metro stansiyası tikiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya tikiləcək.

Trend xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq:

"Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti