...

Azərbaycan Qran Prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb

İdman Materials 25 Sentyabr 2025 13:42 (UTC +04:00)
Azərbaycan Qran Prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ABŞ-da bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı topladı — bu, Azərbaycan Qran Prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında Formula-1 yarışlarının televiziya auditoriyası orta hesabla 1,4 milyon nəfər təşkil edir. Bu da ABŞ-da Formula-1 yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1,21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 19–21 sentyabr tarixlərində baş tutub. Yarışın qalibi Red Bull komandasının pilotu Maks Ferstappen olub.

Xəbər lenti

Xəbər lenti