...

Bakıda yeni avtomobil yolunun inşasının 35 %-i tamamlanıb

Gündəm Materials 25 Sentyabr 2025 14:31 (UTC +04:00)
Bakıda yeni avtomobil yolunun inşasının 35 %-i tamamlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyev küçəsi – "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisini 35 % icra edib.

Trend xəbər verir iki, bu barədə AAYDA məlumat yayıb.

Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq inşa edilir.

Qeyd edilib ki, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir:

"Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:

  • 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
  • 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
  • 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);
  • 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m)"

Məlumatda bildirilib ki, hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.

Yeraltı piyada keçidlərində icra vəziyyəti:

  • 1-ci keçid (km 0+244) – 5%
  • 2-ci keçid (km 1+328) – 78%
  • 3-cü keçid (km 3+077) – 95%.

Layihə üzrə nəzərdə tutulmuş:

  • 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd
  • 3 400 metr rigeldən – 1 314 metr
  • 1 346,53 metr istinad divarından – 431 metr inşa olunub.

"Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.

Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Bu çərçivədə yerinə yetirilib:

  • Torpaq işləri: 899 123,78 m³;
  • Torpaq yatağı: 408 896,154 m³.

Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyəti təqribən 35% təşkil edir.

Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti