Bakı. Trend:
Elm və təhsil naziri Emin Əmrullayevin 26 sentyabr tarixində Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.
Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.