...

1 iyul 2025-ci il tarixinə Azərbaycana idxal olunmuş neftin ümumi həcmi açıqlandı

İqtisadiyyat Materials 25 Sentyabr 2025 16:33 (UTC +04:00)
1 iyul 2025-ci il tarixinə Azərbaycana idxal olunmuş neftin ümumi həcmi açıqlandı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ümumi neft idxalı 1 iyul 2025-ci il tarixinə 6,2 milyon ton təşkil edib.

Trend xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında danışıb.

O qeyd edib ki, Azərbaycan 2016-cı ildən neft idxal edir və əsas tədarükçülər Rusiya, Qazaxıstan və Türkmənistandır.

İlham Şabanın sözlərinə görə, 2025-ci ilin yanvar–iyun aylarında idxal 728 min ton olub, 2024-cü ildə – 1,8 milyon ton, 2023-cü ildə – 1,9 milyon ton, 2022-ci ildə – 673 min ton, 2021-ci ildə – 89,7 min ton, 2020-ci ildə – 180 min ton, 2016-cı ildə isə 167,5 min ton təşkil edib.

O əlavə edib ki, yaxın perspektivdə dünya iqtisadiyyatındakı qeyri-sabitlik Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadiyyatına təsir göstərəcək, regiondakı bütün dövlətlər hasilatçı olaraq qalacaq, lakin onların emal gücü fərqlidir. Bəzi ölkələr yanacaq idxalından asılıdır, "yaşıl" gündəm hələ region üçün aktual deyil və neft məhsulları ticarəti güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti