...

Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2025 17:12 (UTC +04:00)
Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ərzində Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində çıxışında deyib.

Onun sözlərinə görə, belə bir artım vergi və gömrük güzəştləri, həmçinin dövlət stimullarının və özəl maliyyələşdirmənin düzgün kombinasiya edilməsi sayəsində mümkün olub.

Ənənəvi mənzil fondunun "yaşıl mənzil"lərə çevrilməsindən danışan Leyla Hüseynli qeyd edib ki, bu, özəl sektor və əhali üçün böyük səylər və xərclər tələb edir. Dövlət tərəfindən islahatlar və stimullaşdırıcı tədbirlər olmadan bu proses çox çətindir.

"Qlobal institut olaraq biz - IFC, müxtəlif regionlarda müxtəlif yanaşmaların olduğunu görürük. Bunlar həm fiskal, həm də qeyri-fiskal stimullar ola bilər — vergi güzəştləri, faiz subsidiyaları və ya risklərin bölgüsü mexanizmləri. Bütün bunlar “yaşıl bina"ların sertifikatlaşdırılmasının daha aktiv tətbiqinə etməyə kömək edir və zəncirin bütün iştirakçıları üçün fayda gətirir.", -deyə L.Hüseynli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti