...

Dünya Bankı Azərbaycanda dayanıqlı inkişaf və enerji səmərəliliyi üzrə layihələri dəstəkləyir

İqtisadiyyat Materials 25 Sentyabr 2025 14:38 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda dayanıqlı inkişaf və enerji səmərəliliyi üzrə layihələri dəstəkləyir
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dünya Bankının dayanıqlı inkişafa dəstəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra layihələrində iştirak edir.

Trend xəbər verir ki, bunu Dünya Bankının Ekoloji Uyğunluq üzrə mütəxəsisi Aytən Poladova Avrasiya Universitetlərinin samitində çıxışı zamanı deyib.

“Hal-hazırda Azərbaycanda həyata keçirilən layihələrimiz var. Əsas istiqamətlərdən biri yeni bizneslərin yaradılması üçün aktivlərin təqdim edilməsidir”,- deyə o qeyd edib.

Poladova vurğulayıb ki, layihələr enerji səmərəliliyinin artırılması və su resurslarından səmərəli istifadə tədbirlərini ehtiva edir.

Mütəxəssis həmçinin bildirib ki, Dünya Bankının əksər standartları bilavasitə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıqla a bağlıdır: “Tərəfdaşları cəlb etməklə biz iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində səmərəli fəaliyyətlərin həyata keçirilməsini təmin edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti