...

AFFA azarkeşlərinə görə "Qarabağ"ı cərimələyib

İdman Materials 25 Sentyabr 2025 13:42 (UTC +04:00)
AFFA azarkeşlərinə görə "Qarabağ"ı cərimələyib

Bakı. Trend:

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Trend PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Misli Premyer Liqası V tur

20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.7);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);

Məqalədə:
Xəbər lenti

Xəbər lenti