Bakı. Trend:
Logistika habları Orta dəhlizin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.
Trend xəbər verir ki, bunu Abşeron Logistika Mərkəzinin beynəlxalq daşımalar departamentinin direktoru Nicat Əsgərov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında deyib.
Onun sözlərinə görə, əlavə dəyərli xidmətlərin tamdəyərli mərkəzləri kimi onlar Orta dəhlizin inkişafına dəstək olurlar.
“Söhbət müasir xidmətlərin kompleks paketindən gedir: konsolidasiyası, qablaşdırma və yenidən qablaşdırma, markalanma, dekonsolidasiyası, yüngül istehsal, həmçinin məhsulların birbaşa regiondakı terminallarda və hablarda saxlanılması imkanı”, - deyə Nicat Əsgərov bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizdəki hablar təkcə ticarəti asanlaşdırmır, həm də onu fəal şəkildə formalaşdıraraq regiona daha çox yükün və tərəfdaşların cəlb edilməsinə şərait yaradır.