bakı.Trend:
28 sentyabrdan fəaliyyətə başlayacaq Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə qatarlarda biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qeyd olunub ki, qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq:
"Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Həmçinin, sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər".
Vurğulanıb ki, Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.
"Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq",- qurumdan əlavə edilib.