...

Xankəndi şəhərində biznes nümayəndələri ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 Sentyabr 2025 15:12 (UTC +04:00)
Xankəndi şəhərində biznes nümayəndələri ilə görüş keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Xankəndi şəhərində “Business Tex JV” MMC-də biznes nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinə verilən dövlət dəstəyi, o cümlədən gömrük güzəştləri barədə məlumat verilib.

Həmçinin gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkar və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.

Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti