...

Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularını təltif edib

Cəmiyyət Materials 25 Sentyabr 2025 15:50 (UTC +04:00)
Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularını təltif edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant
Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant
Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant
Ağayev Vüsal Mirzağa oğlu – kapitan
Mövlamov Füzuli Saleh oğlu – kapitan
Musayev Mirvahid Mirələm oğlu – kapitan
Şaliyev Şahin Eldar oğlu – kapitan
Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti