...

Milli Məclisin deputatları Ankarada “Üç dövlət, bir millət” adlı iclasda iştirak edəcəklər

Siyasət Materials 25 Sentyabr 2025 15:42 (UTC +04:00)
Milli Məclisin deputatları Ankarada “Üç dövlət, bir millət” adlı iclasda iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti