...

İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli dəstəkləyir

Siyasət Materials 25 Sentyabr 2025 19:47 (UTC +04:00)
İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli dəstəkləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin tərəfdarıdır.

Trend xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.

O bildirib ki, ölkəsi iki dövlətli həll haqqında Nyu-York Bəyannaməsini imzalayıb. Bu, İtaliyanın Fələstin məsələsində tarixi mövqeyidir, heç vaxt dəyişməyib.

“Müharibəyə son qoymaq üçün konkret həll yollarına ehtiyac var. Çünki sülh təkcə çağırışlarla və ya sülh istəməyənlərin qəbul etdiyi ideoloji çağırışlarla qurulmur. Sülh səbirlə, cəsarətlə, ağlabatanlıqla qurulur”, - deyə Baş nazir qeyd edib.

Ciorcia Meloni əlavə edib ki, Fələstinin tanınmasının iki mühüm ilkin şərti olmalıdır: bütün israilli girovların azad edilməsi və HƏMAS-ın Fələstinin idarə olunmasındakı rolundan imtina etməsi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti