Bakı. Trend:
2025-ci ilin ilk yarısında Türkiyə limanlarında bunker yanacağına olan tələbdə azalma müşahidə olunur.
Trend xəbər verir ki, bunu “Marine Bunker Exchange”-nin (MABUX) icraçı direktoru Sergey İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında deyib.
İvanovun sözlərinə əsasən, Türkiyədə bunker yanacağına tələb 16 faiz azalıb, Nyu-Yorkda 12 faiz, Rusiyada 11 faiz, Füceyrdə 10 faiz, Cəbəllütariqdə isə 3 faiz azalma qeydə alınıb.
Bunker yanacağına tələbat Panamada 22 faiz, Qərbi Afrikada 9 faiz, Cənubi Afrikada 8 faiz, Los-Ancelesdə isə 4 faiz artıb.