Bakı. Trend:
Vətəndaşlara yalan vəd verməklə pulunu ələ keçirməkdə təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər ki, Saatlı rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cavid Dadaşov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cavid Dadaşov iş üzrə zərərçəkmiş şəxslərin ümumilikdə 30 000 manatdan artıq pulunu ələ keçirib.
O, vətəndaşları işlə təmin edəcəyini, vaxtından əvvəl şəxsi həbsdən azad edəcəyini bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.