...

Qazaxıstan alternativ marşrutlarla neft tədarüklərini artırmaqla Rusiyadan asılılığı azaltmağa çalışır

İqtisadiyyat Materials 25 Sentyabr 2025 17:48 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan alternativ marşrutlarla neft tədarüklərini artırmaqla Rusiyadan asılılığı azaltmağa çalışır.

Trend xəbər verir ki, bunu “Energy Intelligence Group” şirkətinin neft bazarları üzrə iqtisadçısı Jülyen Matonyer Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında deyib.

"Qazaxıstan Rusiyadan asılılığı azaltmaq üçün Xəzər dənizi vasitəsilə tədarükləri artırır və şimal qonşusundan asılılığı azaldacağına ümid edir", - deyə o bildirib.

Ekspert vurğulayıb ki, regiondakı bütün ölkələrdə şaxələndirmə müşahidə olunur.

"Qazaxıstanda məqsəd Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə neft ixracını hazırkı təxminən 1,5 milyon tondan potensial 20 milyon tona çatdırmaqdır. Bu kanalda neft daşımalarını artırmaq niyyəti var. Bu göstəricinin 2024-cü ildəki 1,4 milyon tondan 2025-ci ildə 1,7 milyon tona yüksələcəyi gözlənilir", - deyə Matonyer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti