...

Prezident İlham Əliyev: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir

Siyasət Materials 25 Sentyabr 2025 20:55 (UTC +04:00)
Prezident İlham Əliyev: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib.

Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq”, - deyən dövlətimizin başçısı bildirib ki, bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.

Xəbər lenti

Xəbər lenti