...

Laos Baş Prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxıda səfərdə olub

Cəmiyyət Materials 25 Sentyabr 2025 20:14 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovun müşayiəti ilə Şamaxı şəhərinə səfər edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Baş prokurorluğundan məlumat verilib.

Bildirilib ki, qonaqlar Şamaxıda Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

Nümayəndə heyəti həmçinin Nəsimi – Şeir, Mənəviyyat və İncəsənət Festivalında iştirak edərək ölkəmizin zəngin mədəni irsi və incəsənət ənənələri ilə yaxından tanış olub, “Meysəri” şərab zavoduna isə baş çəkərək istehsal prosesi və yerli iqtisadi uğurlar barədə məlumat alıblar.

Səfər zamanı qonaqlara Azərbaycanın müasir infrastruktur layihələri, mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər və iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti səfərin onlarda dərin və xoş təəssürat yaratdığını vurğulayıb.

Azərbaycan ilə Laos arasında hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı layihələrin həyata keçirilməsi perspektivləri səfər çərçivəsində diqqət mərkəzində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti