Bakı. Trend:
Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da,
Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz,
Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi,
Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı,
Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli,
Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz,
Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar,
Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə,
Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti
isə 20.8-28.4 m/san-dək güclənəcək.