...

Tərbiyəçi vakansiyası üzrə qeydiyyata start verilir

Cəmiyyət Materials 25 Sentyabr 2025 17:43 (UTC +04:00)
Tərbiyəçi vakansiyası üzrə qeydiyyata start verilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə qeydiyyat başlayır.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 29 sentyabr 2025-ci il saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsahibə mərhələsinə dəvət zamanı qeydiyyatdan keçən namizədlərin müvafiq ixtisas üzrə pedaqoji təhsili, iş stajı və yaşayış yerinin uyğunluğuna üstünlük veriləcək.

Uyğun namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/.../14ebRvmOXwnzIAJ4LjQsD.../edit...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti