Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Nazirlər dinamik siyasi dialoqu, artan iqtisadi əməkdaşlığı və ikitərəfli və çoxtərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsində yüksək səviyyəli təmasların rolunu vurğulayaraq, güclü Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyini alqışlayıblar.