Bakı. Trend:
2025-ci ilin ikinci rübünün sonuna olan vəziyyətə əsasən, dünya üzrə borcun həcmi rekord 337,7 trilyon dollara yüksəlib.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, qlobal borc ilin ilk yarısında 21 trilyon dollardan çox artıb. Bu artım qlobal maliyyə şərtlərinin yumşalması, ABŞ dollarının zəifləməsi və əsas mərkəzi bankların daha çevik mövqeyi ilə izah olunur.
Məlumata görə, borcun ABŞ dolları ifadəsində ən çox artım qeydə alınan ölkələr Çin, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya və Yaponiya olub.
Xatırladaq ki, 2024-cü ildə dünya üzrə ümumi borc 251 trilyon dollar təşkil edib.