...

“Arsenal”ın yetirməsi Billi Viqar 21 yaşında vəfat edib

İdman Materials 26 Sentyabr 2025 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Arsenal” akademiyasının yetirməsi Billi Viqar 21 yaşında dünyasını dəyişib. Futbolçu sentyabrın 20-də “Çiçester Siti” – “Uinqeyt” matçı zamanı başından aldığı zədə nəticəsində həyatını itirib.

Trend xəbər verir ki, oyun 15-ci dəqiqədə Viqar yıxılaraq başını yerə möhkəm vurub. Ona ilkin tibbi yardım göstərilib və helikopterlə xəstəxanaya aparılıb, lakin futbolçu komaya düşüb.

İngiltərə Futbol Assosiasiyası bəyan edib: “Billi Viqarın vəfatı xəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onun ailəsinə, dostlarına, sevdiklərinə və ‘Çiçester Siti’ Futbol Klubunda hər kəsə dərin hüznlə başsağlığı veririk.”

Qeyd olunur ki, Vigar “Arsenal”ın gənclər komandalarında çıxış edib: 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyuna qatılıb.

Xəbər lenti

Xəbər lenti