...

Konor Makqreqor növbəti UFC döyüşü üçün 100 milyon dollar tələb edir

İdman Materials 26 Sentyabr 2025 06:40 (UTC +04:00)
Konor Makqreqor növbəti UFC döyüşü üçün 100 milyon dollar tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 2026-cı ilin iyununda ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evdə keçirilməsi planlaşdırılan UFC yarışmasında iştirak etmək üçün şərtlərini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Makqreqor sosial media hesabında paylaşım edib.

“Ağ Evdəki döyüş üçün 100 milyon dollar, mənim, ailəm və dostlarım üçün ABŞ-a 100 ‘Qızıl viza’. Döyüş dünyasını yenidən sevindirmək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə Makqreqor bildirib.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyulunda “UFC 264” turnirində yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Poryeyə ilk raundda texniki nokautla məğlub olduqdan sonra rinqə çıxmayıb. Onun peşəkar rekordu 22 qələbə və 6 məğlubiyyətdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti