...

"Amazon" müştəriləri aldatdığına görə 2,5 milyard dollar ödəyəcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 07:28 (UTC +04:00)
"Amazon" müştəriləri aldatdığına görə 2,5 milyard dollar ödəyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Amazon" ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord məbləğdə razılaşmaya gəlib.

Trend xəbər verir ki, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, zərərçəkmiş istehlakçılara isə 1,5 milyard dollar kompensasiya veriləcək.

FTC 2019-cu ildən etibarən "Amazon"a qarşı iddia qaldırmışdı. Tənzimləyici qurum şirkəti istifadəçilərin razılığı olmadan onları illik 139 dollara başa gələn "Amazon Prime" abunəliyinə qoşmaqda ittiham edib.

Beləliklə, "Amazon"un ümumilikdə ödəyəcəyi məbləğ 2,5 milyard dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti