...

“Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib (FOTO)

Siyasət Materials 25 Sentyabr 2025 22:24 (UTC +04:00)
“Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib.

Trend xəbər verir ki, təlimin əsas məqsədi gender bərabərliyi mövzusunda media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir.

Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edərək, Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat verib.

Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət yönəldən S. Qəhrəmanova vurğulayıb ki, media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı olması və həssas yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.

Sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq, Azərbaycanda gender əsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb.

İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti