Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli
məktəb-lisey istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid
Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti
istiqamətində;
12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən
mərkəz istiqamətində sıxlıq müşahidə olunur.