...

“Liverpul” Rio Nqumo ilə peşəkar müqavilə imzalayıb

İdman Materials 26 Sentyabr 2025 02:54 (UTC +04:00)
“Liverpul” Rio Nqumo ilə peşəkar müqavilə imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul” klubu hücumçu Rio Nqumo ilə müqavilə bağlayıb.

Trend xəbər verir ki, bu, 2008-ci ildə İngiltərədə anadan olmuş Nquomanın ilk peşəkar müqaviləsidir və 2028-ci ilin iyununa qədər qüvvədə olacaq.

17 yaşlı oyunçu 2024-cü ildə “Çelsi” akademiyasından “Liverpul”a qoşulub. O, bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda dörd oyunda iştirak edib. Premyer Liqanın ikinci turunda “Nyukasl”la matçda (3:2) qələbə qolunu vuraraq klub tarixində ən gənc qol vuran oyunçu olub.

Qeyd olunur ki, Nqumo “Liverpul”da debütünü İngiltərə Kuboku çərçivəsində “Akrinqton”a qarşı (4:0) edib.

Xəbər lenti

Xəbər lenti