Bakı. Trend:
Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-dən Trend-in Qarabağ bürosuna verilən məlumatda bildirilib ki, Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs 25.09.2025-ci il tarixində saat 19:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə ilkin olaraq üst dodağın əzilmiş yarası, sağ said nahiyəsinin sıyrılmış yarası, belin küt travması diaqnozları təyin olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
XXX
23:09
Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Məlum olub ki, zərərçəkən şəxs şəhər ərazisində kuryer kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.