...

Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi (FOTO)

Siyasət Materials 25 Sentyabr 2025 23:02 (UTC +04:00)
Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antoniu ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələr vasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan tərəfi Afrikanın bütün regionlarında tərəfdaşlıqların genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün vizanın qarşılıqlı ləğvi haqqında Saziş” imzalayıblar.

Xəbər lenti

Xəbər lenti