...

Azərbaycan və Bəhreyn arasında viza tələbi ləğv edilib (FOTO)

Siyasət Materials 25 Sentyabr 2025 23:40 (UTC +04:00)
Azərbaycan və Bəhreyn arasında viza tələbi ləğv edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığının Hökuməti arasında diplomatik pasport sahibləri üçün vizadan azadolma haqqında Saziş” imzalayıblar.

Xəbər lenti

Xəbər lenti