...

Bosch Almaniyada 13 000 iş yerini ixtisar edəcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 00:34 (UTC +04:00)
Bosch Almaniyada 13 000 iş yerini ixtisar edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın sənaye qrupu Bosch genişmiqyaslı işçi ixtisarlarını açıqlayıb. Şirkət tezliklə Almaniyada əlavə 13 000 iş yerini ləğv edəcək.

Trend xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

İxtisarlar yalnız elektrik avtomobilləri və daxili yanma mühərrikləri üçün komponentlər istehsal edən zavodlara deyil, həmçinin mərkəzi bölmələr və satış departamentlərinə də təsir göstərəcək.

Bosch bundan əvvəl 9 000 iş yerini ləğv etdiyini açıqlamışdı və bu addımla ümumi işçi itkisi 22 min nəfərə çatacaq. Təsirlənən müəssisələr arasında Foyerbah, Vayblinqen (istehsal tamamilə dayandırılacaq), Şviberdinqen, Bül və Homburq (Saarland) zavodları yer alır. Şirkət səbəb kimi “struktur dəyişiklikləri və qlobal avtomobil bazarında şiddətli rəqabət”, eləcə də elektromobillərə sürətlənmiş keçidi göstərib.

Qeyd olunur ki, 2024-cü ildə Bosch 3,8% gəlirlilik göstərib, 2025-ci ildə isə gəlir artımını yalnız 2% proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti