Bakı. Trend:
FIFA 2026-cı il dünya çempionatının rəsmi maskotlarını təqdim edib.
Trend xəbər verir ki, mundial Kanada, ABŞ və Meksikada keçiriləcək və hər maskot ev sahibi ölkəni simvollaşdırır.
Kanadanı qapıçı sığın Meypl, Meksikanı hücumçu yaquar Zayu, ABŞ-ni isə müdafiəçi ağbaş qartal Klatç təmsil edir.
Qeyd olunur ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək və ilk dəfə 48 komanda iştirak edəcək.