Bakı. Trend:
ABŞ Dövlət Departamenti Almaniyaya AMRAAM hava-hava raketləri və müvafiq avadanlıqların ümumilikdə 1,23 milyard dollar dəyərində mümkün satışını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Açıqlamaya görə, Almaniya səlahiyyətliləri ABŞ hökumətindən və podratçılardan 400 ədəd raket, 12 istiqamətləndirmə sistemi, həmçinin digər əlaqədar avadanlıq, proqram təminatı və raketlərə texniki yardım tələb etmişdi. Sövdələşmənin ümumi dəyəri 1,23 milyard dollar olaraq qiymətləndirilir.
Bəyanatda qeyd olunur ki, silahların Almaniyaya satışı NATO müttəfiqinin müdafiəsini gücləndirəcək və ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə töhfə verəcək.