Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda qətl törətməkdə təqsirləndirilən şəxslərə qarşı ölüm cəzasının tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.
Trend xəbər verir ki, Ağ Evdə jurnalistlərlə görüşdə Tramp ölüm hökmünün Vaşinqtonun paytaxt statusuna uyğun olduğunu bildirib.
“Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir”, – deyə Tramp vurğulayıb.
Prezident əlavə edib ki, fərman dərhal qüvvəyə minir.