Bakı. Trend:
İsveç parlamenti Estoniyada həbsxana yerlərinin icarəyə verilməsinə dair sazişi ratifikasiya edib.
Trend xəbər verir ki, səsvermədə Sosial Demokrat Partiyasının hökumətin təşəbbüsünü dəstəkləməsi həlledici rol oynayıb.
Sazişə əsasən, İsveç Tartu həbsxanasında 400-ə qədər yerdən istifadə edə biləcək ki, bu da təxminən 600 məhbusun saxlanmasına imkan verəcək. Məhkumların köçürülməsinin ilk mərhələlərinin 2026-cı ilin yayında başlaması nəzərdə tutulur.
Bu qərar İsveçdə ağır cinayətlərə görə verilən uzunmüddətli cəzaların artması fonunda həbsxana yerlərinin çatışmazlığı ilə izah olunur. Ədliyyə naziri Qunnar Strömmer bildirib ki, Estoniya ilə əməkdaşlıq çərçivəsində məhbuslara adekvat şərait təmin ediləcək və hər iki ölkə insan hüquqları ilə bağlı ortaq prinsipləri bölüşür.