...

Cənubi Koreya Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının Silahlı Qüvvələri Sarı dənizdə Şimali Koreyaya məxsus ticarət gəmisinin Seulun faktiki dəniz sərhədi hesab etdiyi Şimal Limit Xəttini pozmasına cavab olaraq xəbərdarlıq atəşi açıb.

Trend-in Yonhap-a istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla səhər saat 5:00 radələrində Pennyendo adası yaxınlığında baş verib. Əvvəlcə Cənubi Koreya tərəfi elektron vasitələrlə xəbərdarlıq edib.

Atəş açıldıqdan sonra Şimali Koreya gəmisi bölgəni tərk edib. Qeyd olunur ki, Pxenyan Şimal Limit Xəttini tanımır.

“Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyib və əməliyyat təlimatlarına uyğun cavab verib. Biz istənilən vəziyyətə hazırıq və sərhədi müdafiə etməyə davam edəcəyik”, – Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri bəyan edib.

Xəbər lenti

Xəbər lenti