...

Qantas təyyarəsi Oklenddə yanlış siqnala görə məcburi eniş edib

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 08:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qantas şirkətinə məxsus təyyarə yanğınsöndürmə sistemindən gələn yanlış siqnala görə Oklend hava limanına məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə "Radio New Zealand" məlumat yayıb.

Qantas QFA 141 saylı Sidney reysi Oklendə yaxınlaşarkən yük anbarında yanğın xəbərdarlığı siqnalı alıb və qəza siqnalı verib. Təcili enişdən sonra ekipaj Boeing 737-nin salonunda tüstü və yanma iyinin olmadığını, hadisənin səbəbinin yanğın xəbərdarlığı sisteminin çoxsaylı yanlış siqnalları olduğunu bildirib.

Oklend Hava Limanında yerüstü xidmətlər bütün təhlükəsizlik tədbirlərini görüb, uçuş-enmə zolağını təmizləyib və yanğınsöndürənlər ilə təcili yardım briqadalarının hazırlığını təmin edib.

Xəbər lenti

Xəbər lenti