Bakı. Trend:
Uzbekistan GTL Özbəkistanda yeni layihələr həyata keçirməyi planlaşdırır.
Bunu Trend-ə “Uzbekistan GTL” zavodunun satış şöbəsinin mütəxəssisi Bəxtiyar Aybergenov bildirib.
“Planlaşdırdığımız yeni perspektivli layihələr arasında sintetik xətti alkilbenzol, həmçinin sintetik baza yağlarının istehsalı var. Bundan əlavə, biz həmişə əməkdaşlığın yeni formalarına açığıq və təzə ideyalara hazırıq. Layihənin miqyasına və əhəmiyyətinə baxmayaraq, "Uzbekistan GTL" zavodu nisbətən gənc müəssisədir və məhz buna görə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində xüsusi maraqlıyıq”, – deyə o vurğulayıb.
Aybergenov qeyd edib ki, "Uzbekistan GTL" layihəsinin ümumi investisiya dəyəri 3,4 milyard ABŞ dolları təşkil edib, bunun 2,3 milyardı xarici investisiyalar hesabına, 1,1 milyardı isə “Uzbekneftqaz” səhmdar cəmiyyətinin vəsaitləri hesabına təmin olunub.