Bakı. Trend:
Hazırda orqan transplantasiyası üçün gözləyənlərin 25%-ni uşaqlar təşkil edir.
Bunu Trend-ə özəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O qeyd edib ki, hazırda orqan nəqli üçün gözləyən insanların sayı 1000 nəfəri keçib.
"Öz ölümündən sonra orqanlarını bağışlamaq istəyən 600 nəfər Azərbaycan vətəndaşı bizim reyestrimizdən qeydiyyatdan keçib. Bu o deməkdir ki, insanlar artıq ölümündən sonra orqan bağışlamaq istəyinin necə şəfa verici bir şey olduğunu anlayırlar.
Düşünürlər ki, biz həyatımızı dəyişəndən sonra 8 insana həyat vermək böyük bir şərəfdir. Hazırda nəqli üçün gözləyənlərin 25 %-i uşaqlardır"- deyə Y.Abbasova əlavə edib.