Bakı. Trend:
Çində rekord hündürlüyə malik yeni asma körpü tikilib. Məlumata əsasən, konstruksiyanın rəsmi açılışı yaxın günlərdə baş tutacaq.
Trend-in CGTN telekanalına istinadən verdiyi xəbərə görə, Quyçjou əyalətində inşa olunan körpü Hutszyan böyük kanyonu üzərindən keçir və dəniz səviyyəsindən 625 metr hündürlükdə yerləşir.
Körpünün ümumi uzunluğu isə 2,9 kilometr təşkil edir. Bununla da o, dünyanın ən hündür körpüsü statusunu qazanıb.