Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp oktyabrın 1-dən bütün markalı və patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tarif tətbiq olunacağını açıqlayıb.
Trend xəbər verir ki, məlumatı Tramp “Truth Social” platformasında paylaşıb.
Prezident bildirib ki, ABŞ-də artıq fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulacaq.
Bu addım Vaşinqton tərəfindən yerli istehsalın təşviqi və əczaçılıq sənayesində müstəqilliyin artırılması məqsədilə atılır.